Cümə axşamı , May 30 2024
Ana səhifə / Bölgələr / Zaqatalada itkin düşmüş şəxslər tapılaraq xilas edilib

Zaqatalada itkin düşmüş şəxslər tapılaraq xilas edilib

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistəri çətin relyefli dağlıq ərazidən Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər.

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

Həmçinin oxuyun

Gəncə sakini: “Beləcə, burada çürüyürəm”

Gəncə sakini Cənnət Həsənova Meydan TV-yə deyir ki, illərdir sağlamlığında ciddi problemlər var, müxtəlif xəstəliklərdən …