Ana səhifə / Bölgələr / Varlı həyatın “kasıb” məktəbi bağlanır – VİDEO

Varlı həyatın “kasıb” məktəbi bağlanır – VİDEO

Şəmkirin Varlı həyat kəndində fəaliyyət göstərən 96 nömrəli Kəlbəcər köçkün məktəbi bağlanmaq üzrədir.

2008-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi üçün 2020-ci ildə yeni modul tipli məktəb binası da tikilib. Ancaq bu da onun aqibətini dəyişməyib.

Məktəbin müəllim və əməkdaşları da verilən qərarla razılaşmaq istəmirlər.

Mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, məktəbdə hazırda cəmi 4 şagird təhsil alır və onların 2-si müəllim övladıdır. İdarənin aparıcı məsləhətçisi Nərmin Musayevanın sözlərinə görə, təhsil ocağında işləyən müəllimlər əsasən Gəncə və Şəmkir şəhərlərindən gəlirlər. Məktəb bağlanacağı halda şagirdlər yaşadıqları əraziyə yaxın məsafədə yerləşən digər yerli məktəblərə yerləşdiriləcəklər. Həmçinin təhsil ocağında çalışan şəxslər də yaşadıqları əraziyə yaxın ümumtəhsil müəssisələrində işlə təmin olunacaqlar.

Daha ətraflı süjetdə:

https://youtube.com/watch?v=Pirx_0qMlHo

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …