Ana səhifə / Bölgələr / Tərtərdə seçki qarşıdurması: Sahib Alıyevə şok ittihamlar – Video

Tərtərdə seçki qarşıdurması: Sahib Alıyevə şok ittihamlar – Video

95 saylı Tərtər seçki dairəsindən namizəd Ziya Mahmudov həmin dairədən növbəti dəfə mandat qazanmaq istəyən deputat Sahib Alıyevi seçicilərin qarşısında çətin vəziyyətə salıb. 

Seçicilərlə görüşə gələn Sahib Alıyev Ziya Mahmudovun “10 il idi hardaydın?” sualı ilə üzləşib. O daha sonra deyib ki, başqa namizədlərə bu sualı vermir. “10 il deputat olmusunuz. Başqa namizədlərə bunu eləmirəm”, – deyə Ziya Mahmudov bildirib.

Sahib Alıyev ona vəzifəsini ləyaqətlə yerinə yetirdiyini deyəndə isə Ziya Mahmudov hiddətlənərək seçicilərə xitabən deyib: “Ay camaat, 2 aprel döyüşləri zamanı bunu görmüsünüz Tərtərdə? Lay-divar kimi oğlanları gətirdilər, xəstəxanın qabağında tabuta yerləşdirə bilmirdik. Qənirə Paşayeva orda idi, amma sən yox idin”, – deyə Ziya Mahmudov vurğulayıb.

Daha sonra bir seçici Sahib Alıyevə yaxınlaşaraq vaxtilə ona problemləri ilə bağlı müraciət etdiyini, lakin nəticəsi olmadığını deyib.

Bu zaman Ziya Mahmudov yenidən müdaxilə edərək “Müstəqim Məmmədovun (Tərtərin icra başçısı) götürdüyü 1500 hektar torpaq sahəsinin üstünü ört-basdır edirsən” deyərək onu Tərtərin icra başçısı ilə işbirliyində ittiham edib.

Sahib Alıyevin “Sən Mehracın oğlusan, böhtan atma mənə”  sözünə isə Ziya Mahmudovun cavabı belə olub: “Atamı bura qatma. 10 il deputat olmusan, 10 il ərzində bir dəfə camaatın problemilə maraqlanmamısan”.

Ziya Mahmudov şəhid Mehrac Mahmudovun oğludur. Mehra Mahmudov 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …