Şənbə , May 11 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda aviakassaların iş vaxtı artırıldı

Naxçıvanda aviakassaların iş vaxtı artırıldı

Naxçıvan şəhərində aviakassaların iş vaxtı 2 saat artırılıb.
Bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.
Bildirilib ki, bundan sonra aviakassalar saat 07:00-dan 19:00-a qədər işləyəcək.
Bu vaxta qədər iş rejimi saat 09:00-dan 19:00-a qədər idi.
Qeyd olunub ki, paralel oalraq aviabiletlərin onlayn satışı da həyata keçirilir.
Xatırladaq ki, son vaxtlar vətəndaşlar Bakı-Naxçıvan-Bakı reysinə aviabilet tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Ötən gün türkiyəli jurnalist Cabbar Şıktaş da Naxçıvan Beynəlxalq Hava Limanında yaşadığı problemi öz sosial media hesabında işıqlandırmışdı.

Həmçinin oxuyun

DİM-in Naxçıvandakı regional bölməsi ləğv olundu

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsi” Publik Hüquqi …