Cümə axşamı , May 9 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir – FOTOLAR

Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir – FOTOLAR

Naxçıvan şəhərində ilk dəfə keçirilən “Snowfest – Qış festivalı”nın açılış tədbiri keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında baş tutan festivalın açılış tədbirində bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb.

Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlarla tanış ola bilərsiniz. Burada milli mətbəximizlə yanaşı, dünya mətbəxinə məxsus təamlarından da dada bilərsiniz. 25 dekabrdan 7 yanvaradək keçiriləcək tədbirin hər günündə müxtəlif sürprizlər və yeniliklər olacaq.

Festivalda Azərbaycanın Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edir.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …