Ana səhifə / Bölgələr / Naxçıvan dəmir yolları Zəngəzur dəhlizinə nə vaxt qoşulacaq?

Naxçıvan dəmir yolları Zəngəzur dəhlizinə nə vaxt qoşulacaq?

Naxçıvan Muxtar Respublikasında dəmir yolu stansiyaları və dəmir yolu xətləri 2027-ci ilə kimi yenidən qurulacaq.
Bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.
Dövlət Proqramında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların digər regionlara daşınması zamanı yaranan nəqliyyat xərcləri üçün xüsusi güzəştlər sisteminin formalaşdırılması, dəmir yolu stansiyalarının və dəmir yolu xətlərinin beynəlxalq tələblərə uyğun yenidən qurulması həyata keçiriləcək.
Bundan başqa Proqramda göstərilir ki, Zəngəzur dəhlizinin açılması burada dəmiryol infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcəkdir.
Dövlət Proqramında görüləcək işlərin 2023-2027-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı ilə buradan tanış ola bilərsiniz.

Həmçinin oxuyun

Qəbələdəki Nohur göldə suyun səviyyəsi artıb, ətraf ərazilərdə təhlükə yaranıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki …