Çərşənbə , May 8 2024
Ana səhifə / Bölgələr / Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırıldı

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Qərarda deyilir:

Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;

6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;

9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi./APA

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …