Şənbə , May 11 2024
Ana səhifə / Bölgələr / Montyor pensiyaya çıxdı, vətəndaş telefonsuz qaldı

Montyor pensiyaya çıxdı, vətəndaş telefonsuz qaldı

Goranboy rayon Baxçakürd kənd sakini Namiq Şərifov Toplum TV-nin Qaynar xəttinə müraciət edib. O, ev telefonu xəttinin qırıldığını və 1 aya yaxındır ki, gəlib düzəldənin olmadığını deyir. N.Şərifov deyir ki, bir çox quruma müraciət edib. Ancaq müsbət nəticə əldə etməyib.

Goranboy Telekommunikasiya Qovşağının sektor müdiri Elşad Əliyev problemdən xəbərdar olduqlarını deyir. O söyləyir ki, həmin kəndə baxan işçi 5 aydır təqaüdə çıxıb və yerinə işçi götürülməyib.

Qurumun verdiyi vəddən bir gün sonra şikayətçi ilə əlaqə saxladıq. Məlum oldu ki, problem artıq həll olunub.

Həmçinin oxuyun

DİM-in Naxçıvandakı regional bölməsi ləğv olundu

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsi” Publik Hüquqi …