Ana səhifə / Editor (səhifə 608)

Editor

Şuşada ekoloji problemlərə etiraz edən QHT rəhbərləri Gədəbəylə bağlı niyə susur?

QHT sədri: “Gədəbəydəki aksiyada iştirak etməmişəm, o aksiyanı bilmirəm, belə bir çağırış olmayıb” İyunun 20-dən Gədəbəyin Söyüdlü kənd sakinləri qızıl-mədən şirkətinin yaratdığı ekoloji problemlərlə bağlı etiraz edirlər. Problemi öyrənmək və vətəndaşlara dəstək olmaq üçün əraziyə ekoaktivistlər, vətəndaş cəmiyyəti nümayəndələri baş çəkib. Amma onların içərisində Şuşa-Xankəndi yolunda 138 gün ərzində Ermənistanın …

Ətraflı oxu »

Neft şirkətinin keçmiş işçisi işdən qanunsuz çıxarıldığını bildirir

Əhəd Səmədov “Binagadi Oil Company” şirkətinin keçmiş işçisidir. Deyir, 20 ildən çoxdur ki,həmin şirkətin yeraltı əsaslı təmir və quyuqazma bölümündə usta kimi işləyib. Şirkətlə bağladığı əmək müqaviləsi müddəti bitdikdən sonra yenilənməyib. Şikayətçi əmək müqaviləsinin yenilənməməsinin səbəbini çalışdığı departament rəhbəri İlqar Kərimin ona qarşı qərəz kimi qiymətləndirdiyindən, məhkəməyə müraciət edib. Ali …

Ətraflı oxu »

Deputat: “Kasıblar üçün supermarketlər hazırlansın”

“Bazarlarda ciddi bahalıq var, bunun səbəbi həm də dünyada gedən proseslərdir. Ona görə də görülən tədbirlərə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir, bu da əhalinin kasıb hissəsini daha çox əzir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, hökumət, İqtisadiyyat və Maliyyə nazirlikləri …

Ətraflı oxu »

“Vətəndaşı bu qədər aşağılamağın acı nəticələri olacaq”

“Dünyada karantin ləğv edilib, ÜST protokolları qüvvədən düşüb, virusla bağlı hətta qaranlıq məqamların araşdırıldığı dövr başlayıb, dünyada minlərlə məhkəmə işləri var, bizim məmurlar isə virusu bəhanə edib ölkəni nüfuzdan salırlar”.Bu sözləri iqtisadçı Natiq Cəfərli ölkədə xüsusi karantin rejiminin müddətinin daha 3 ay uzadılmasına münasibət bildirərkən özünün sosial şəbəkə hesabında yazıb.“Əgər …

Ətraflı oxu »

“Gədəbəydə sianidin qoxusunu aydın hiss edirdik” – Ekoloq

Gədəbəy rayonunun Söyüdlü kəndində etirazlara səbəb olan qızıl mədəninin kimyəvi tullantılarının yığıldığı göl ətraf ərazilərə təhlükə yaradır. Sakinlər gölün qurudulması və ərazinin təmizlənməsi üçün mübarizə aparırlar. Bildirirlər ki, zəhərli göl insan sağlamlığına, mal-qaranın və əkin-biçinin normal inkişafına mane olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki monitorinq qrupu isə gölün ətraf …

Ətraflı oxu »

Deputat Söyüdlü olayını FETÖ ilə əlaqələndirdi: “Meydan sulayırlar”

“Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub”. Bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Aqil Abbas Gədəbəydə baş vermiş hadisələrdən danışarkən deyib. “Söyüdlüdə camaatı küçəyə çıxaran da eyni əldir, polisə qaz sıxdıran da eyni əldir. “FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media FETÖ-çülərin …

Ətraflı oxu »

Qazinin çənəsini qıran idmançı ev dustaqlığına buraxıldı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə işinin icrası zamanı xəsarət yetirən idmançı Rəvan Nəbizadə barəsində həbs qətimkan tədbiri dəyişdirilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, R.Nəbizadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Prokuror qərardan narazı qalaraq protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin …

Ətraflı oxu »

“Azroşen” şirkətinin “OBA Market”ə qarşı məhkəmə çəkişməsi

Bakı Kommersiya Məhkəməsində “Azroşen” MMC-nin “OBA Market” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb. Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası iyulun 11-nə təyin edilib. Qeyd: “Azroşen” MMC “OBA Market” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Ətraflı oxu »

Komitə sədrinə sərt ittiham: “Prezidentin Sərəncamına qarşı çıxmaq cəsarətini hardan alır?”

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuranın üzvü Ramil Əliyev qurumun fəaliyyətini və yeni sədri Şahin Bağırovu sərt tənqid edib.  Ramil Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Dövlət Gömrük Komitəsinin nə əvvəlki, nə də indiki rəhbərliyi İctimai Şuranın üzvlərinin müraciətlərinə məhəl qoymur. Onun sözlərinə görə, Şahin Bağırov “İctimai iştirakçılıq …

Ətraflı oxu »

General Mövlam Şixəliyevin şikayətinə bu tarixdə baxılacaq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və digərlərinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi xəbərə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 18-nə təyin edilib. Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. Məlumata görə, general şikayət ərizəsində …

Ətraflı oxu »