Ana səhifə / Editor (səhifə 1657)

Editor

Oqtay Əsədovun ailəsinin biznesi – VİDEO

“Sadiq Xan dəbdəbəli evlər tikib” deyən xarici aksentli adam kameraya baxaraq danışır: “Kam əlverişli evlər tikəcək”. Videoçarxda Kam Balayev bu il keçirilən London bələdiyyə seçkilərində təşviqat aparır. Balayev seçki kampaniyasında tələbəlik illərində Azərbaycandan Londona gəldikdən sonra şəhərə aşiq olduğunu deyib. Ancaq Balayev arzuları olan hər hansı bir mühacirdən fərqlənir və …

Ətraflı oxu »

Kirayədə qalanlar əlavə pul ala bilər

Əlliliyi dayandırılan şəxslər növbəti əlillik təyinatına qədər olan müddət üçün də pensiya ala bilər. Bunu Dövlət sosial müdafiə fondunun idarə heyətinin sədri Himalay Məmişov bildirib. Sədr həmçinin müavinət və pensiyalarla bağlı bir sıra maraqlı məqamlara toxunub. Bu il 190 mindən artıq şəxsin əlillik müddəti bitib. Bunu Dövlət sosial müdafiə fondunun …

Ətraflı oxu »

Əli Həsənovun traktorçu bacanağının müsadirə olunan 36 milyonluq əmlakı…

Azərbaycanda hüquq-mühafizə və nəzarət orqanlarının və ümumilikdə məhkəmə-hüquq sisteminin hansı vəziyyətdə olduğunu göstərən çoxlu sayda biabırçı cinayət işləri və məhkəmə qərarları göstərmək olar. Lakin onların arasında Prezident Administrasiyasının sabiq şöbə müdiri, ölkə başçısının ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun yaxın ətrafına aid şəxslərə qarşı cinayət işi xüsusilə seçilir. Məlum …

Ətraflı oxu »

“Mən necə sübut edim?! Axı videoya çəkməmişəm…“ – Vasif əsəbləşdi

Müğənni Xatirə İslam bir neçə gün öncə qazi ailələri üçün Yeni il hədiyyəsi alması sosial şəbəkədə fərqli rəylər doğurub. Bu görüntünü İnstaqram səhifəsində yayımlayan sənətçi digər həmkarlarından onun ənənəsini davam etdirmələrini istəyib. Lakin sosial şəbəkə izləyiciləri bu paylaşımına görə Xatirənin yıxıb-sürüyüblər. Yeri gəlmişkən, daha sonra “challenge”i əməkdar artistlər Vasif Məhərrəmli …

Ətraflı oxu »

Birdəfəlik maddi yardım neçə ailəyə şamil olunacaq?

Prezident İlham Əliyevin yeni imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam bu kateqoroyadan olan ailələrin sosial müdafiəsinə göstərilən xüsusi qayğının daha bir təzahürüdür.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı …

Ətraflı oxu »

Ermənistan Naxçıvana dəmir yolunun inşasının hazırlıqlarına başlayır

“Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehridən keçən hissəsində inşası ilə bağlı hazırlıq işlərinə başlayır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehridən keçən hissəsində inşası ilə bağlı hazırlıq işlərinə başladığımızı artıq bəyan etmişik. Mən, həmçinin qeyd etməliyəm ki, regional kommunikasiyaların açılması mövzusu özündə açıq şəkildə müəyyən …

Ətraflı oxu »

Azərbaycan daha beş hərbçini Ermənistana təhvil verdi – SİYAHI

Azərbaycan bu gün Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır. Qeyd …

Ətraflı oxu »

Həbs olunan deputatın rəqibi danışdı: “Bundan əvvəlki də tutulmuşdu“

55 saylı Xaçmaz seçki dairəsindən deputat seçilmiş Eldəniz Səlimov barəsində məhkəmə hökmü elan olundu. Mandatı ləğv edilən sabiq deputat 3,6 il müddətinə azadlıqdan məhrum edildi. 2020-ci ildə keçirilən parlament seçkilərində həmin dairədən deputatlığa namizəd olan Əməkdar jurnalist Azər Həsrət isə məsələyə özünəməxsus münasibət bildirib: “Eldəniz Səlimov artıq 3-cü deputatdır ki, mənimlə …

Ətraflı oxu »

Tahir Kərimli: “Sərdar Cəlaloğluna cavab verməyə hünərim yoxdur”

“Sərdar Cəlaloğluna cavab verməyə hünərim yoxdur. O, Qurani-Kərimə şərh  yazır, özünü Nobel mükafatına layiq bilir. Onun öhdəsindən Babək, Qaçaq Nəbi gələ bilmirsə, mən o boyda dahi adama, böyük binada oturana necə cavab verə bilərəm?!” Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib. Deputatın sözlərinə görə, Sərdar Cəlaloğluna hünəri çatmasa …

Ətraflı oxu »

İctimai Şuralar: – “Onların fəaliyyəti tərifdən o yana keçmir“

Milli Məclisin üzvü Fazil Mustafanın Yenisabah.az-a müsahibəsi: – Xeyli vaxtdır dövlət qurumları yanında İctimai Şuralar fəaliyyət göstərir. Onların fəaliyyətini necə qiymətləndirirrsiniz? – İctimai şuraların fəaliyyətini yüksək qiymətləndirmirəm. Çünki hər hansısa bir qurumun fəaliyyətinə təsir etmək imkanları çox azdır və yaradıcı fəaliyyət sahələri geniş deyil. İctimai şuralar müəyyən qurumlar üzərində ictimai …

Ətraflı oxu »