Cümə axşamı , May 9 2024
Ana səhifə / Editor (səhifə 1291)

Editor

32 milyardlıq büdcədən kimə nə düşəcək?

Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsində neftin qiymətini artırmağa hazırlaşır. Hazırda qüvvədə olan büdcə haqqında qanunda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dollarından götürülüb. Bu rəqəmin 35 dollar artırılaraq 85 dollara çatdırılması nəzərdə tutulur. Hazırda bununla bağlı layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və …

Ətraflı oxu »

Bakıda 5 milyonluq toy karvanı… — Yeni detallar

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda baş tutan dəbdəbəli toyun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Emil və Aysel adlı cütlüyün toyunda ən çox diqqət çəkən məqamlardan biri də toy karvanındakı lüks avtomobillər olub.  “Qafqazinfo”nun hesablarına görə, toy karvanında yer alan lüks avtomobillərin ümumi dəyəri təqribən 5 milyon manat …

Ətraflı oxu »

Nazir müavini qazimizin toyunda – FOTO

Bu gün axşam Bakıda restoranlardan birində Vətən müharibəsi qazisi, 2-ci dərəcəli müharibə əlili Mobil Əhmədzadənin toy mərasimi keçirilib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, toya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev də qatılıb. Nazir müavini toyda bəylə birgə rəqs edərək, ona xoşbəxtlik arzulayıb. Hazırda toy mərasimi davam edir. Qeyd …

Ətraflı oxu »

Bakıda AA seriyalı “Ferrari”nin sahibi buna görə cərimələndi

Bakıda məhkəmənin qərarı ilə AA seriyalı “Ferrari” markalı maşının sahibi cərimələnib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində baxılıb. Belə ki, Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətlara Məcəlləsininin 347-ci maddəsinə əsasən adı qeyd olunmayan şirkət barəsində 10 may 2022-ci il tarixində tərtib olunmuş inzibati material baxılması üçün …

Ətraflı oxu »

“MTN işi”ndə Zakir Qaralovla Rüstəm Usubovun məhkəmədə dindirilməsi tələb edildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN müstəntiqlərinin ibtidai istintaqa verdikləri ifadələrin elan edilib. İfadələr …

Ətraflı oxu »

“Saxlanılan gömrük genaralları o “poqon”ların tarixçəsini bilmirlər…”

“Həmişə biz deyən olur: Hələ 2013-cü ildən proqram sənədlərimizə Gömrük Komitəsinin ayrıca bir qurum kimi ləğv edilməsini təklif kimi yazmışıq, onsuz da edəcəklər, başqa yol yoxdur, büdcəyə vergi-gömrük daxilolmaları bir mərkəzdə toplanmalıdır”. Bunu ekspert Natiq Cəfərli bildirib. N.Cəfərli qeyd edib ki, müstəqillikdən bəri ölkə iqtisadiyyatına ən çox zərbə vuran üç …

Ətraflı oxu »

“YouTube” Semyon Peqovun “Wargonzo” səhifəsini sildi

“YouTube” videohostinqi Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan bir müddət sonra yalan xəbərlər yayan rusiyalı jurnalist Semyon Peqovun “Wargonzo” səhifəsini silib. Bu barədə layihənin “Telegram” kanalında bildirilib. Silinməyə səbəb səhifədə Ukraynadakı müharibə ilə bağlı həqiqətə uyğun olmayan süjetlərin yayımı olub. Qeyd edək ki, hazırda …

Ətraflı oxu »

Kəlbəcər və Laçında ermənilərlə atışma olub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən daxil olan …

Ətraflı oxu »

DTX-nin həbs etdiyi gömrük GENERALI KİMDİR?

DTX-nin keçirdiyi əməliyyat zamanı həbs edilən gömrük generalının İqbal Alıcan oğlu Babayev olduğu bildirilir. Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat paylaşıb. İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub. 1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib. 1990-ci ildə Kiyev İM Milli Universitetində …

Ətraflı oxu »

Məhkəmə “Lider TV” ilə bağlı daha bir qərar çıxardı

Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin ləğv prosesində olan “Lider TV və Radio-Azərbaycan” MMC-yə qarşı daha bir iddiasına baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Əhmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, İstehsalat Birliyinin iddiası təmin olunub.  …

Ətraflı oxu »