Çərşənbə , May 22 2024
Ana səhifə / Editor (səhifə 1188)

Editor

Vilayət Quliyev Bakıdakı bahalıqdan şikayətləndi

Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, keçmiş Xarici İşlər naziri Vilayət Quliyev maraqlı paylaşım edib. Belə ki, səfir ölkədəki qiymətlərin baha olduğunu dolayı yolla ifadə edib.  Belə ki, V.Quliyev Polşanın paytaxtı Varşava ilə Bakını müqayisə edib: “Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 …

Ətraflı oxu »

“Bakının şərti yüksək səviyyədə Brüsseldə səslənib…”

Azərbaycan Silahlı Qüvvələri avqustun 26-da Laçın dəhlizinə yerləşdi və şəhər də daxil olmaqla ətraf kəndləri nəzarətə götürdü. Bu, 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın daha bir maddəsinin vaxtından qabaq icra olunmasıdır. Sözgedən razılaşmanın 6-cı bəndində 3 il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun …

Ətraflı oxu »

Azərbaycan, İran və Rusiya Rəşt-Astara dəmir yoluna sərmayə qoyacaq

Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə ayırmaq niyyətindədirlər.Bu barədə “Mehr” agentliyi yazıb.İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib ki, rəsmi Tehran qonşu dövlətlərlə əlaqələri gücləndirmək üçün İran Çin və Rusiya ilə tranzit ticarətini genişləndirmək niyyətindədir. Onun …

Ətraflı oxu »

Bu gün Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür

Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun – Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür.Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb.Novator …

Ətraflı oxu »

Hacı Şahindən Elşad Miri haqda sərt sözlər: “Canınız buna görə çıxır ki…”

“O gün çıxıb danışıb ki, Mirmövsüm Ağa özü xəstə idi, əgər özünə şəfa verə bilmirdisə, camaata necə şəfa verir. Əvvəla Mirmövsam Ağanın, övliyaların məzarı tibb müəssisəsi deyil. Camaat da ora şəfa üçün getmir. Camaat gedir orada Allaha ibadət etməyə”. “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin …

Ətraflı oxu »

Bu tərəvəzlərin qiyməti bahalaşdı – VİDEO

Yayın bitməsinə az vaxt qalıb. Hazırda bütün evlərdə qışa tədarük görülür. Mürəbbələr bişirilir, turşular hazırlanır. Bazarlarda istənilən növ meyvə-tərəvəzə rast gəlmək olur. Yəni qıtlıq yoxdur, əksinə bolluqdur. Qiymətlər də həmişəki kimi fərqlidir. Yay fəsli başlayandan qiyməti həmişə müzakirələrə səbəb olan pomidor hazırda 50 qəpik – 1 manat arasında satılır. Bununla …

Ətraflı oxu »

Cavanşir Məmmədov: “Flora-İlhamə cütlüyü üzdə göründüyü kimi düşmən olmayıblar”

Əməkdar artist Cavanşir Məmmədov sensasiya sayılacaq açıqlamalar verib. Bu gün “Xəzər” TV-də “Qonaq var” verilişində müsafir olan ifaçı bir çox sirlərin üstündəki pərdəni götürüb.  Cavanşir Məmmədov xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, qocaman müğənni Əli Mirəliyev və dirgər sənət adamları haqda şok sayılacaq açıqlamalar verib. Onun uzun illər konfliktdə olan, dəfələrlə bir-biirlərinin …

Ətraflı oxu »

“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı sonuncu rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın əsas mərhələdəki sonuncu rəqibi müəyyənləşib. Belə ki, ilkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qalib gələn nominal qonaqlar maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Beləliklə 25 – 30 oktyabrda keçiriləcək əsas mərhələnin …

Ətraflı oxu »

İsrail səfiri “Təbrizin sehirli nağılları” kitabının müəllifinin vəfatı ilə bağlı başsağlığı verdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabının müəllifi, professor Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib. Diplomat bu barədə Tvitter hesabında paylaşım edib. Qeyd edək ki, ömrünü Təbrizin miniatür sənətinin tədqiqinə həsr etmiş sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə ötən gün vəfat edib. Cəmilə xanım Təbrizin miniatür boyakarlığı, miniatür …

Ətraflı oxu »

ABŞ Səfirliyi: Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ Səfirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətinə açıq şəkildə etinasızlıq göstərməsi barədə açıqlamasına cavab verib. Səfirliyin sözçüsü Amerikanın Səsinin sorğusuna cavabda bildirib: “ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək …

Ətraflı oxu »