Ana səhifə / Editor (səhifə 1072)

Editor

Cavanşir Quliyev: “Üzümə yaxşı baxsalar, getmərəm”

“İllərlə evimin qapısı bağlı idi. Hərdənbir ora gedib-gəlirdim, Azərbaycana gəldiyimdə ilk işim evimi təmizləmək oldu”. Bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev qonaq olduğu “Axşam havası” verilişində deyib. 71 yaşlı bəstəkar Azərbaycana gələr-gəlməz bir sıra universitetlərdə işə düzəldiyini açıqlayıb. “Bura gələn kimi, dostlarla görüşlərim oldu. Müxtəlif idarələrdə işləyən dostlarım Azərbaycana …

Ətraflı oxu »

“Ermənistanda hamı məni oxuyur” – Çingiz Abdullayev

Azərbaycanın xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev Konkret.az-a müsahibə verib. Müsahibəni təqdim edirik: – Çingiz müəllim, müasir Azərbaycan ədəbiyyatının mövcud durumu sizi qane edirmi? – Əgər, desəm ki, qane edir, düz olmaz. Amma desəm ki, qane eləmir, o da düz olmaz. Təbii ki, bu gün Azərbaycan ədəbiyyatı inkişaf edir. …

Ətraflı oxu »

Daha bir MTN generalına hökm oxundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda hökm …

Ətraflı oxu »

2023-cü ilin büdcəsində neftin 50 dollardan götürülməsi riskdirmi? – TƏHLİL

2023-cü ilin dövlət büdcəsinin 53%-ni neft-qaz sektorundan əldə olunacaq gəlirlər təşkil edəcək. Proqnoza əsasən, ÜDM-in 29%-ni təşkil edəcək 30 milyard 720 milyon 700 min manat mədaxilin 16 milyard 297 milyon manatı – 53%-i neft-qaz sektorundan, yerdə qalan 14 milyard 423 milyon 700 min manatı – 47%-i isə qeyri-neft-qaz sektorundan daxilolmalar …

Ətraflı oxu »

12-ci “imam”ın məhkəməsi qapalı keçirilir – Qərar

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi qapalı keçirilib. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində sədrlik edən hakim Eldar İsmayılov qərar qəbul edib. Belə ki, iclasdan əvvəl zərərçəkmiş şəxslər vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini tələb ediblər. Zərərçəkmiş …

Ətraflı oxu »

Sabahdan hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Sabahdan Azərbaycan ərazisində güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 11-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s olacaq. Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı …

Ətraflı oxu »

Dünyanın şahmatçı gəncləri Naxçıvanda görüşdü – FOTOLAR

İdman ölkəsi, şahmat diyarı olan vətənimizdə daha bir beynəlxalq şahmat festivalı geridə qaldı. Bu dəfə şahmatın nəbzi Naxçıvan şəhərində döyündü. 2 oktyabrda start verilən 16 yaşadək gənclərin Ümumdünya Şahmat Olimpiadası 10 oktyabrda yekunlaşdı. 23 ölkədən 200 nəfərədək şahmatçının yarışdığı bu turnir gərgin və maraqlı mübarizələrlə yadda qaldı. Azərbaycan 6, Türkiyə …

Ətraflı oxu »

Daşkəsən istiqamətində mövqelərimiz atəşə tutulub

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ətraflı oxu »

AYB qurultay keçirmək üçün kredit götürüb? – İDDİA

Məlum olduğu kimi, bu ayın sonunda Azərbaycan Yazıçılar Birliyində qurultay keçiriləcək, növbəti mərhələdə sədrin kimliyi müəyyənləşəcək. Qurultay tarixinin təxirə salınması, yeni sədrlə bağlı müxtəlif fikirlər səslənsə də, birliyin hər bir üzvünün yeni mərhələ ilə bağlı öz gözləntiləri var. Yekun seçimə sayılı günlər qala “Yeni Müsavat”  ilginc məlumat əldə edib. Məlumata …

Ətraflı oxu »

Müdafiə naziri: “Belarus qonşuları ilə döyüşmək fikrində deyil”

“Belarus qonşu dövlətlərlə döyüşmək niyyətində deyil”.Bunu ölkənin müdafiə naziri Viktor Xrenin bildirib. “Biz litvalılar, polyaklar, ukraynalılarla da döyüşmək istəmirik. Əgər onlar istəməsələr və yanlış addımlar atmasalar, müharibə olmayacaq” -, deyə, o bildirib. Nazir həmçinin bildirib ki, ölkənin silahlı qüvvələrinin planları müdafiə xarakteri daşıyır, lakin təcavüz halında dərhal və sərt cavab …

Ətraflı oxu »