Ana səhifə / Author (səhifə 2640)

Author

Moskvada yenə ticarət mərkəzində YANĞIN – Yaralılar olması ehtimal edilir

Moskvada ticarət mərkəzlərinin birində yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, yanğın “Persey dlya detey” ticarət mərkəzində qeydə alınıb. Fövqəladə xidmətdən verilən məlumata görə, alov ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən anbarda başlayıb. Hazırda ticarət mərkəzində olan bütün heyət təxliyə edilir. Xəsarət alanların olduğu ehtimal edilir.

Ətraflı oxu »

“Kimin öldüyü iyunda bilinəcək” – “Ufak tefek”in rejissoru Bakıda

“Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və  “Delibal” filminin rejissoru Əli Bilginin “Qafqazinfo”ya müsahibəsi: – Əli bəy, Azərbaycana xoş gəlmisiz. Səhv etmirəmsə, bu, Bakıya ilk gəlişinizdir.  – Ötən gün səhər gəlmişik. Bir az İçərişəhəri gəzdik. İlk dəfədir ki, Bakıya gəlmişəm. Daha əvvəl gəlmək niyyətim var idi. Rejissoru olduğum …

Ətraflı oxu »

“Arvadımı döymüşəm” — Əli Mirəliyev qadına şiddətdən danışdı – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verlişində bu dəfə “qadına şiddət” mövzusu müzakirə olunub. “Ölkə.Az” xəbər verir ki, müğənni Əli Mirəliyev qadına əl qadırmağa meyilli olduğunu deyib: “Ata-anama nəsə deyəcək, mən baxacam onun üzünə?! Arvadımı döymüşəm, atasını da yandırmışam. Olanı deyirəm, nə yalan deyim. Yalanan efirdə deyim ki, yox biz mehribanıq. Evdə ər-arvad …

Ətraflı oxu »

Sumqayıtda 39 yaşlı qadından kişilərə qarşı ŞOK ƏMƏL: görüşür, sonra… – İNANILMAZ TƏFƏRRÜAT

“Advocacy Center” MMC-nin direktoru vəzifəsində işləmiş 1979-cu il təvəllüdlü Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika xəbər verir ki, Nüşabə Baxışova 2008-ci ildə külli miqdarda dələduzluq etdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. Həmin il Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına görə, …

Ətraflı oxu »

Milyarder Ziyanı öz işçisi Leyla Məmmədzadə satıb

Milyarder Maqomedov qardaşlarını öz işçiləri – “Summa” şirkətlər qrupunun baş direktoru, azərbaycanlı Leyla Məmmədzadə satıb. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, Leyla Məmmədzadə bunu çoxdan edibmiş və istintaqla işbirliyinə gedib. Hazırda Leyla cinayət işi üzrə yalnız şahid kimi keçir, lakin həmişə belə olmayıb. “Summa” üzrə işin araşdırılmasına hələ 2014-cü …

Ətraflı oxu »

Abid Şərifov: “Həmin ərazidə tikinti aparmaq olmaz. O evlər sökülməlidir”

“Bayıldan 97 ailə köçürülüb. Köçürülən evlərdən 6-sı uçub. Vaxtında köçürməsəydik, ağır hadisənin şahidi olacaqdıq”. Bunu baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, 97 ailənin kompensasiya məsələsi həll edilməlidir: “Bayılda həmin ərazidə tikinti aparmaq olmaz. O evlər sökülməlidir. Həmin ərazidə yalnız abadlıq işləri aparılmalıdır”.

Ətraflı oxu »

Polkovnik balıq biznesi adı ilə pul alıb toyuq ferması yaratdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovnik-leytenantı Fərhad Məmmədxanovun məhkəməsi keçirilib.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub. Prokurorun elan etdiyi ittihama görə, F.Məmmədxanov tanışı Eldar Hənifəyevdən balıq biznesi …

Ətraflı oxu »

Mərkəzi Neftçilər Xəstəxanasında növbəti baş həkim dəyişikliyi – Yeni təyinat

  Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub. Azinforum.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib. Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov …

Ətraflı oxu »

Azərbaycanda cəmi 1-2 ilə bol meyvə verən “möcüzəvi” qoz ağacı növü sürətlə yayılır

Azərbaycanda Türkiyədən gətirilən və cəmi iki ilə bol meyvə verən hibrid qoz ağacı tingləri satılır. Belə tinglərin qiyməti 12-15 manat aralığında dəyişir. Virtualaz.org xəbər verir ki, son illər Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən qoz və fındıq bağlarının inkişaf etdirilməsinə dövlət dəstəyinin artması sayəsində ölkənin şimal və şimal-qərb bölgəsində, o …

Ətraflı oxu »

Bayraq dirəyinin sökülmə səbəbi açıqlandı

“Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub”. “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov bildirib. A. Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: “Buna görə də xarici ekspertlər …

Ətraflı oxu »