Şənbə , May 11 2024
Ana səhifə / Araşdırma / Yeni ölümcül epidemiya gəlir – Xəbərdarlıq

Yeni ölümcül epidemiya gəlir – Xəbərdarlıq

Dünyanı yeni qlobal epidemiya bürüyə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Təşkilat yeni infeksiyanın identifikasiya edilmədiyini və onun hələlik “X xəstəliyi” olaraq adlandırıldığını bildirib.

Yeni xəstəliyin ispan qripi kimi ölümcül olduğu vurğulanıb.

ÜST öncədən bu təhlükəli infeksiya ilə mübarizə tədbirləri hazırlayır.

Təşkilat həmçinin bütün dünyanı əhatə edəcək xəstəliklər sırasında Marburq hərarəti, Krım-Konqo hərarəti, Yaxın Şərq respirator sindromu, Zika xəstəliyi, Lassa hərarəti, Ebola xəstəliyinin də yer alacağını bildirib.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …