Çərşənbə , May 15 2024
Ana səhifə / Araşdırma / Türkiyəli azarkeşləri diri-diri yandırmaq istədilər

Türkiyəli azarkeşləri diri-diri yandırmaq istədilər

Ukraynanın Odessa şəhərində xuliqanların hücumuna məruz qalan “Fənərbağça” futbol komandasının azarkeşləri ölümlə üz-üzə gəliblər.

Lent.az-ın məlumatına görə, azarkeşlərin yemək yediyi restorana üzləri maskalı 100 xuliqan daxil olub. Xuliqanlar bir azarkeşin üzərinə benzin töküb yandırmaq istəsə də, alışqan işə düşməyib və beləcə azarkeşlər diri-diri yanmaqdan xilas ola biliblər.

Bununla kifayətlənməyən maskalılar azarkeşlərdən birinin üzərinə məşəl atıblar, digərlərini isə odunla döyüblər.

Hadisədən xəbərdar olan UEFA rəsmiləri Ukrayna polisinə müraciət ediblər. Ancaq Ukrayna polisinin “bizim belə bir olaydan xəbərimiz yoxdur deməsi” təəccüb doğurub. Xuliqanlar arasında mülki polis və əsgərlərin də olduğu ehtimal edilir.

Qeyd edək ki, “Fənərbaxça” dünən “Zorya” klubu ilə 1-1 bərabərə qalıb.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın