Çərşənbə , May 15 2024
Ana səhifə / Araşdırma / Sərxoş məktəb direktoru avtomobilində qəza törədib

Sərxoş məktəb direktoru avtomobilində qəza törədib

Qazaxda kənd orta məktəbinin direktoru idarə etdiyi avtomobil ilə qəza törədib. “Report”un məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib.

Böyük Cəfərli kənd orta məktəbinin direktoru Almazov Fazil Hümbət oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən qarşıdan gələn digər “VAZ” markalı maşınla toqquşub. Nəticədə məktəb direktoru və digər avtomobildə olan sərnişinlərdən biri ağır xəsarət alıb. Onlar Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəyə məktəb direktorunun avtomobili sərxoş halda idarə etməsi səbəb olub.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın