Cümə axşamı , May 30 2024
Ana səhifə / Araşdırma / Rusiyada azərbaycanlı “vor zakon” tutuldu

Rusiyada azərbaycanlı “vor zakon” tutuldu

Rusiyada “Tolik Noqinski” ləqəbli “qanuni oğru” saxlanılıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Tolik Noqinski” Moskva yaxınlığındakı Noqinsk qəsəbəsində tutulub. O, saxlanarkən üstündə odlu silah olub.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, 32 yaşlı “Tolik Noqinski”nin saxlanması üzrə əməliyyat aprelin 16-da gecə saatlarında həyata keçirilib. Polisin həyata keçirdiyi əməliyyatda “Bulat” xüsusi təyinatlı dəstəsi də iştirak edib.

“Tolik Noqinski” əslən azərbaycanlıdır. Kriminal aləmdə bu ləqəblə tanınan Taleh Qəribxan oğlu Dağlıyev saxlanarkən onun üstündə ABŞ istehsalı olan tapança və üç güllə aşkarlanıb. Faktla bağlı Rusiya CM-in 222-ci (qanunsuz silah saxlama) maddəsi ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

“Qurtuluş 93”də qanunsuz tikinti dayandırılıb, ağacların kəsilməsi araşdırılır – FOTOFAKT

Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsildiyi və yerində inşaat işinin …

Bir cavab yazın