Ana səhifə / Araşdırma / Gədəbəydə örüş davası: yaralılar var

Gədəbəydə örüş davası: yaralılar var

Gədəbəyin Şəkərbəy kəndində örüş sahəsi üstündə dava düşüb, iki nəfər yaralanıb.

Gədəbəy rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 3-də rayonun Şəkərbəy kəndi yaxınlığında olan yaylaqda baş verib.

Orada fermer təsərrüfatı fəaliyyəti ilə məşğul olan bir neçə nəfərlə orada heyvanları üçün yay örüşü təşkil etmək istəyən rayonun Sarıhacallı kəndin 4 nəfər sakini arasında dava düşüb. Dava zamanı Sarıhacallı kənd sakini, 1950-ci il təvəllüdlü Əntiqə Alıyev və onun oğlu, 1974-cü il təvəllüdlü Bayram Alıyev döyülərək bədənin müxtəlif yerlərinin əzilmiş çapılmış yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Yaralılar döyüldükdən sonra yaylaq itləri tərəfindən dişləndiklərini bildiriblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın