Çərşənbə , May 15 2024
Ana səhifə / Araşdırma / Bakıda şirkət direktoru bu şəxslərə pul “atdı”

Bakıda şirkət direktoru bu şəxslərə pul “atdı”

Bakı polisi vətəndaşların etimadlarını qazanaraq onlardan külli məbləğdə pul alan şirkət direktoru ilə bağlı araşdırmalara başlayıb.

Virtualaz.org DİN-dən verilən məlumata istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “İnter Travel” şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın