Bazar ertəsi , May 20 2024
Ana səhifə / Araşdırma / “Azərxalça”da aşkarlanan qanun pozuntuları açıqlandı

“Azərxalça”da aşkarlanan qanun pozuntuları açıqlandı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ötən il “Azərxalça” ASC-də apardığı nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntuları aşkar edilib.

“Unikal” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi və bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …