Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Agentlik sədri öz şirkətinə 300 minlik tender qazandırıb

Agentlik sədri öz şirkətinə 300 minlik tender qazandırıb

Azərbaycandaa dövlət qurumlarına rəhbərlik edən şəxslərin əsas qazanclarının məhz tenderlərdən əldə etdiyi sirr deyil.
Buna nail olmaq üçün isə bir qayda olaraaq nazirlər, komitə və agentlik rəhbərləri, icra başçıları yaxın adamlarının adlarına şirkətlər yaradır, qeyri-rəsmi olaraq həmin şirkətlərə rəhbərlik edir və bir qayda olaraq elan edilən tenderlərin qalibləri öz şirkətləri olur. Bu əksər halda belədir. 
Qaynarinfo xəbər verir ki, belə bir hal Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da üzə çıxıb. Məlum olduğu kimi, agentliyin rəhbəri Qoşqar Təhməzli dövlət qurumuna rəhbərlik etməzdən əvvəl bizneslə məşğul olub. Amma bu fəlayyətin indi də davam etdiyi bbəlli olur. Onun dövlət rəsmisi olaraq büdcədən öz təsisçisi olduğu  şirkətə – yəni özünə pul qazandırmaq fəaliyyəti ilə bağlı maraqlı rəqəm açıqlanıb.
İqtisadçı araşdırmaçı Hafiz Babalı bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi “Medeks” MMC-dən son 7 ay ərzində 336,8 min manat dəyərində mallar (baytarlıq, fitosanitar və qida təhlükəsizliyi müfəttişləri üçün ləvazimatlar; laborator sərf materialları) satın alıb. Və bütün bunlar tender yolu ilə həyata keçirib.
Agentliyin sədri Qoşqar Təhməzli isə “Medeks” MMC-nin iki təsisçisindən biridir və o uzun illər bu şirkətin direktoru işləyib. Hətta o bir neçə il əvvəl şirkət rəhbəri olaraq “Ən yaxşı top-menecer” adına da layiq görülüb.

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …