Ana səhifə / Aktual / Xocalı soyqırımı ilə bağlı – Əmr

Xocalı soyqırımı ilə bağlı – Əmr

“Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.

İdarədən Axar.az-a verilən məlumata görə, müvafiq əmr ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, dəyirmi masa, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur.

Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər, “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Təhsil müəssisələrinin internet resurslarına Xocalı soyqırımını əks etdirən materiallar yerləşdiriləcək.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

Sözügedən tədbirlər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi ilə həyata keçirilir.

Həmçinin oxuyun

Vasif Talıbova ağır itki

Talıbovlar ailəsinə ağır itki üz verib. Azinforum.az TNS-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası …