Ana səhifə / Aktual / Vasif Talıbovun qardaşının yerinə TƏYİNAT olub

Vasif Talıbovun qardaşının yerinə TƏYİNAT olub

Baş Prokurorluğun İstintaq İdarəsinin rəsi müavini Sənan Paşayev tutduğu vəzifədən azad edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmrinə əsasən, o, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini vəzifəsinə təyin olunub.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini daha əvvəl Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi.

Həmçinin oxuyun

Vasif Talıbova ağır itki

Talıbovlar ailəsinə ağır itki üz verib. Azinforum.az TNS-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası …