Çərşənbə , May 15 2024
Ana səhifə / Aktual / Tovuzda minaya düşmüş gənclərdən birinin ayağı amputasiya edildi

Tovuzda minaya düşmüş gənclərdən birinin ayağı amputasiya edildi

Tovuz rayonu Əlibəyli kənd bələdiyyəsinin nümayəndəsi virtualaz.org-a hadisənin hər iki şəxsin diqqətsizliyi nəticəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, minaya düşərək ağır bədən xəsarəti alanların ailə üzvlərinə məxsus “Çay postu” adlanan ərazidə otlaq sahələri olub: “Otlaq sahəsi çəpərə alınıb. Bu uşaqlar da orada qoyun-quzu otarıblar. O ərazi çox təhlükəlidir. Heyvanlardan bir neçəsi çəpərin o tərəfinə keçib, geri qaytarmaq istədikdə isə belə bir hadisə baş verib”.

Kənd sakinlərinin sözlərinə görə, ötən il Elgün Hüseynovgilə məxsus mal-qara elə həmin ərazidə minaya düşübmüş: “Dörd il əvvəl də anoloji hadisə baş vermişdi. Bu dəfə də uşağın başına belə bir iş gəldi. Bu, Hüseynovlar ailəsinin üzləşdikləri artıq üçüncü belə hadisədir”.

“Tovuz rayon xəstəxanasında müalicə olunan Elşad Mehdiyevin səhhətinin normaldır, sabah evə buraxıla bilər, Elgünün isə bir ayağını kəsiblər, vəziyyəti ağırdır”, – kənd sakinləri bildirib.

 

*   *   *12:21

Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

Hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …