Ana səhifə / Aktual / TFF rəhbəri “Beşiktaş”ın prezidentinə barmaq silkələyib? – “Ona yox, azarkeşlərə hiddətləndim” (FOTOLAR)

TFF rəhbəri “Beşiktaş”ın prezidentinə barmaq silkələyib? – “Ona yox, azarkeşlərə hiddətləndim” (FOTOLAR)

Ötən gün “Beşiktaş”ın Konfrans Liqasında “Luqano”ya 3-2 hesabı ilə uduzduğu oyunda Türkiyə futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşinin azarkeşlərin təhqiramiz şüarlaırna hiddətlənərək stadionu tərk etməsinin ətrafında yaşananlar gündəmdən düşmür.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, TFF prezidenti Mehmet Büyükekşinin meydanı əsəbi şəkildə tərk edərkən klub rəhbəri Ahmet Nur Çebiyə barmağlını silkələyərək, onu hədələməsi gözlərdən qaçmayıb.

Bu faktın görüntülərinin (https://www.youtube.com/shorts/RDoYNMLdPr0) sosial mediada yayılmasından sonra TFF prezidenti adından bəzi media orqanlarında qısa açıqlama verilib.

Açıqlamada deyilir ki, TFF rəhbəri Büyükekşi Çebiyə barmağını silkələməyib: “O, tribunalarda ona söyüş söyən qruplar əsəbləşib və bu münasibəti də həddini bilməyən azarkeşlərə olub”.

Məlumatda o da deyilir ki, Böyükekşinin bu oyuna 60 dəqiqə baxması nəzərdə tutulubmuş: “Çünki onun Qaziantepə səfər planı vardı…”

MİA.AZ

img
img
img
img
img
img

Həmçinin oxuyun

Vasif Talıbova ağır itki

Talıbovlar ailəsinə ağır itki üz verib. Azinforum.az TNS-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası …