Ana səhifə / Aktual / Tezliklə rüşvətxor, korrupsioner məmurların da “qulaqları kəsiləcək” – ELDAR SABİROĞLU YAZIR

Tezliklə rüşvətxor, korrupsioner məmurların da “qulaqları kəsiləcək” – ELDAR SABİROĞLU YAZIR

Biz düşməni 24 saat ərzındə çökdürdük. Ermənini elə günə saldıq ki, Azərbaycanın nizami ordusunun səsi Qarabağdan gələndə, əgər belə demək mümkünsə, daşnağın dizləri İrəvanda titim-titim əsir, siçan deşiyi axtarırdı ki, başını birtəhər soxsun oraya…

Bəli, biz qalib gəldik. Baqramyanlarla vuruşduq, onları məğlub etdik. Ancaq görüləsi işlər qədərindən çoxdur. Hörmətli Prezidentimizin yəqin ki, bunlardan yetərincə xəbəri vardır. İnanırıq ki, erməninin “qulağını necə kəsib özlərinə yedizdirdisə”, tezliklə daxildə əclaflıqla məşğul olanların “qulaqlarını” da kəsəcək, haramçılığa hamar yol salan dost-doğma rüşvətxor, korrupsionerlərimizə də dərsini verəcəkdir. Şübhəsiz, bu xoş günün də şahidi olacağıq. İndi xalqımızın gözlədiyi və tələb etdiyi məsələ əsasən bundan ibarətdir. 

Hökumətimizin fəaliyyətindəki bu cür qüsur və nöqsanların yerlə-yeksan ediləcəyinə böyük inamımın olduğunu kimsədən, hansısa tənqidçidən çəkinmədən etiraf etmək gücündə olduğumu bəyan edirəm. 

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bir sutka ərzində əldə etdiyi möhtəşəm qələbədən bütün dünya danışır. Lakin bu gün də dünyanın az qala yarısından çoxundakı informasiya resursları Azərbaycana haqsız və ədalətsiz hücuma keçiblər. Bir sözlə, informasiya savaşında düşmən udur. Hikmətli mədəniyyətçilər bu barədə düşünməlidirlər.

Eldar SABİROĞLU,

Sabiq millət vəkili

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …