Bazar ertəsi , May 13 2024
Ana səhifə / Aktual / “Sabah” kurslarının müəllimi qəzada öldü – Foto

“Sabah” kurslarının müəllimi qəzada öldü – Foto

Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində minik avtomobili 1988-ci il təvəllüdlü Tahir Zeynalovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Bildirilir ki, T.Zeynalov “Sabah kursları”nın müəllimi olub. O, gecə saatlarında dəmir arakəsməni keçərək yolun əks tərəfinə doğru hərəkət edib və bu zaman avtomobil tərəfindən vurulub.

T.Zeynalov doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn edilib.

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …