Ana səhifə / Aktual / Prezident Fəttah Heydərova “İstiqlal” ordeni verdi – Fotolar

Prezident Fəttah Heydərova “İstiqlal” ordeni verdi – Fotolar

Prezident İlham Əliyev Fəttah Heydərovu mükafatlandırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu gün ölkə başçısı Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordenini təqdim edib.

Qeyd edək ki, F. Heydərovun sabah 80 yaşı olacaq.1983-cü ildən Naxçıvanın Mədəniyyət naziri işləyən Heydərov 1990-1995–ci illərdə Naxçıvan Ali Sovetinin deputatı olub.

Hazırda Milli Məclisin reginal məsələlər komitəsinin sədr müavini olan Fəttah Heydərov parlamentin bütün çağırışlarında deputat seçilib. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

 


Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …