Çərşənbə , May 15 2024
Ana səhifə / Aktual / Polislər bu dəfə hamilə qadını xilas etdi – Körpəyə onların adı verildi

Polislər bu dəfə hamilə qadını xilas etdi – Körpəyə onların adı verildi

Mingəçevirdə qəzaya düşən hamilə qadın yol polisləri tərəfindən xilas edilib və övladı dünyaya gəlib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində yol qəzası baş verib.
Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər.

Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdirib, YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlər ona vaxtında köməklik göstərib və oğlan uşağı dünyaya gəlib.

Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşlarının şərəfinə Samir adı qoyulacağını deyiblər. Hazırda ana və övladının vəziyyəti qənaətbəxşdir.

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …