Ana səhifə / Aktual / “ÖLKƏMİZİN MİLLİ TƏHLÜKƏSİZLİYİ ETİBARLI ƏLDƏDİR…” – Namiq Abbasovdan açıqlama

“ÖLKƏMİZİN MİLLİ TƏHLÜKƏSİZLİYİ ETİBARLI ƏLDƏDİR…” – Namiq Abbasovdan açıqlama

“Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır”.

Bu fikirləri Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət bildirərkən deyib.

Sabiq nazir “AzPolitika.info”ya yazılı açıqlamasında bu barədə fikirlərini qeyd edib. N.Abbasov bildirib ki, vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirir:

“Əli Nağıyev uzun müddət  Milli Təhlükəsizlik Nazirliyində çalışmış və nazir müavini vəzifəsinədək yüksəlmişdir. Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır. O, işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynanışdır”.

29eb7b96-4996-4e23-bebc-706784f1127f

Sabiq nazir bildirib ki, cənab Prezident İlham Əliyevin Əli Nağıyevi Dövlət Təhlüsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət başçısının uğurlu kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir: “Bu, həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir”.

Namiq Abbasov DTX rəisinə uğurlar diləməklə yanaşı, onun vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə inandığını da ifadə edib: “Mə Əli Nağıyevə bu çətin və şərəfli işdə uğurlar arzu edirəm. Və hesab edirəm ki, ölkəmizin milli təhlükəsizliyi etibarlı əldədir”.

Həmçinin oxuyun

Tural Sadıqlı məmurlar tərəfindən necə “verbovka” olundu? – SENSASİON TƏFƏRRÜAT

Xaricdəki söyüş müxalifətinin əsas simalarından olan Tural Sadıqlı və Əfqan Muxtarlı arasında sərt ittihamlar bir …