Bazar ertəsi , May 20 2024
Ana səhifə / Aktual / “Niyə görə mühasib general olmalıdır ki, həbsi də düşməni sevindirsin?” – Ekspert

“Niyə görə mühasib general olmalıdır ki, həbsi də düşməni sevindirsin?” – Ekspert

“Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbə rəisi polkovnik Xələfov DTX tərəfindən saxlanılıb. Sonuncunun həbsi təsdiqlənib. Siyahının genişlənəcəyi mümkündür”.

Bunu hərbi ekspert Ədalət Verdiyev Müdafiə Nazirliyində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi həbslərə münasibət bildirərkən qeyd edib.

“Bu generalın ortaqlarını tapmaq istəsəniz, onu cənab Prezidentə “ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən Silahlı Qüvvələrimizin hərbi qulluqçuları” ilə eyni siyahıya daxil edənlərlə maraqlanın.

Niyə görə mühasib general olmalıdır ki, həbsi də düşməni sevindirsin?”, – deyə ekspert bildirib.

Həmçinin oxuyun

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub. Bu barədə İranın Qızıl Aypara …