Bazar ertəsi , May 13 2024
Ana səhifə / Aktual / “Maarifçi Qadınlar” İctimai Birliyi İstanbulda önəmli layihə icra etdi-Video

“Maarifçi Qadınlar” İctimai Birliyi İstanbulda önəmli layihə icra etdi-Video

“Maarifçi Qadınlar” İctimai Birliyi 2023-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olub. 10 ilə yaxındır ki, bu Birlik təhsildən kənarda qalan Azərbaycan vətəndaşlarının övladlarını təhsilə cəlb etmək kimi müqəddəs bir vəzifəni davamlı olaraq icra edir.
2023-cü ildə təşkilat “Ölkə hüdudlarından kənarda yaşayan və təhsil almaq imkanı olmayan Azərbaycan vətəndaşı olan məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsi” adlı layihənin qalibi olub. Layihənin icrası ilə əlaqədar 2023-cü il 02, 03 və 04 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Təşkilatı”nın binasında maarifləndirici tədbirlər həyata keçirilmişdir. Tədbirdə İstanbuldakı İkitelli, Günəşli və Bağcılar bölgələrində məskunlaşan Azərbaycan vətəndaşları və bir neçə ictimai təşkilat rəhbərləri iştirak edib.
İctimaiyyət nümayəndələri tərəfindən təhsildən yayınaraq müxtəlif tekstillərdə çalışan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi üçün müəyyən işçi qrupları yaradılıb.
Ölkə hüdudlarından kənarda yaşayan və təhsil almaq imkanı olmayan Azərbaycan vətəndaşı olan məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsi məqsədilə davamlı tədbirlər həyata keçiriləcəkdir.

Həmçinin oxuyun

Prezident Laçında su elektrik stansiyalarının açılışlarında iştirak edib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik …