Çərşənbə , May 15 2024
Ana səhifə / Aktual / “İşçilər xlor qoxusundan az qala boğulacaq” – LDU-dan şikayət

“İşçilər xlor qoxusundan az qala boğulacaq” – LDU-dan şikayət

“İşçilər xlor qoxusundan az qala boğulacaqlar”. Bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları “Qafqazinfo”ya müraciətində bildirib. Onların sözlərinə görə, koronavirusla bağlı universitetdə dezinfeksiya işləri görülən zaman köməkçi və texniki heyət universitetdə saxlanılıb.

Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda  çətinlik çəkdiklərini qeyd edib.

“Qafqazinfo” məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb. Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri əsasən şənbə bazar günləri aparılır. Həftəiçi günlərdə isə tibbi-profilaktik tədbirlər həyata keçirilir:

“Qərara əsasən müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq. Bu, o demək deyil ki, həmin şəxslər axşama kimi universitetdə olacaq. İşini bitirən hər kəs çıxa bilər”.

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …