Çərşənbə , May 15 2024
Ana səhifə / “Human Rights Watch”un əməkdaşı Bakı aeroportunda saxlanıldı

“Human Rights Watch”un əməkdaşı Bakı aeroportunda saxlanıldı

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb.

Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Twitterdəki mikrobloqunda yazıb.

“Qafqazinfo” xəbər verir ki, “Turan”ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb.

Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb.

Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin onun məhz haradan gəldiyi də məlum deyil.

“Gürcüstan vətəndaşı və “Human Rights Watch” təşkilatının əməkdaşı olan Georgi Qogiyanı Azərbaycan ərazisinə buraxmayıblar”.

Bunu virtualaz.org saytına açıqlamasında Gürcüstanın Azərbaycandakı səfirliyinin I katibi Kaxa Abdaladze deyib.

Gürcü diplomatın sözlərinə görə, G.Qogiya hazırda Bakı aeroportundakı neytral zonadadır və tezliklə Azərbaycanı tərk edəcək.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın