Şənbə , May 18 2024
Ana səhifə / Aktual / Hərbçimiz Ermənistanda həbs edildi

Hərbçimiz Ermənistanda həbs edildi

Fevralın 28-i səhər saatlarında Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan, daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılan Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Ermənistan KİV-də məlumat dərc olunub.
Bildirilib ki, Ruslan Pənahova qarşı cinayət işi açılıb.
News.am Ermənistan İstintaq Komitəsinə istinadla yazır ki, o, təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.

Həmçinin oxuyun

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir …