Ana səhifə / Aktual / Emin Ağalarov: “Zərərçəkənlərə maksimum yardım göstəriləcək”

Emin Ağalarov: “Zərərçəkənlərə maksimum yardım göstəriləcək”

Azərbaycan əsilli rusiyalı sahibkar Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində zərər çəkənlərə yardım göstərilməsində iştirak edəcək.

ZƏRTAC xəbər verir ki, bu barədə RBK telekanalına “Krokus” Şirkətlər Qrupunun keçmiş birinci vitse-prezidenti Emin Ağalarov məlumat verib.

O bildirib ki, Araz Ağalarov “Crocus City Holl”un bərpası ilə bağlı qərarı ölkənin ümumi rəyi əsasında verəcək.

Emin Ağalarov binanın bərpa olunacağı təqdirdə yeni zalda terror aktı zamanı həlak olanların xatirəsinə abidə ucaldılacağına da aydınlıq gətirib:

“Təbii ki, bütün bunları nəzərdən keçiririk. Ancaq indi bir az fərqli prioritetlərimiz var. Zərərçəkənlərə maksimum yardım göstərmək, Müslüm Maqomayev Fondunu bu işə cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələlik ilk planlarımız bunlardır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …