Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Aktual / Elman Rüstəmov qiymət artımından danışıb

Elman Rüstəmov qiymət artımından danışıb

Azərbaycanda bir sıra məhsulların, o cümlədən bitki yağının və şəkərin qiymətinin artması daha da sürətlənib. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

“Sorğular nəticəsində əhalinin cəmi 25 faizindən az hissəsi inflyasiyanın artmasını gözləyir”, – o vurğulayıb.

Eyni zamanda, Mərkəzi Bankın sədri bildirib ki, gələn ilin ortalarından inflyasiya səviyyəsi aşağı düşməyə başlayacaq.

“İnflyasiyaya təsir imkanlarının artırılması ilə bağlı Mərkəzi Bank tərəfindən işlər davam etdiriləcək”, – o vurğulayıb.

Baş bankir deyib ki, ərzaq inflyasiyasına diqqət artırılmalıdır: “Ərzaq inflyasiyası daha uzun xarakter daşıya bilər. Bunun əsas səbəbinə quraqlıq və təlabatın böyüməsi daxildir. Ölkənin ərzaq təhlükəsizliyi səviyyəsi yüksəldilməlidir. Bütün istiqamətlərdə azad rəqabət prinsipləri diqqət mərkəzində olmalıdır”.

Elman Rüstəmov həmçinin bildirib ki, Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir: “Cari ilin əvvəlindən pul bazası artıb. Bütövlükdə iqtisadi artımın bərpası və inflyasiyanın sürətlənməsi baş verir”.

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …