Şənbə , May 11 2024
Ana səhifə / Aktual / Dünyasını dəyişən məşhur həkim dəfn edildi – Foto

Dünyasını dəyişən məşhur həkim dəfn edildi – Foto

Ötən gün vəfat etmiş “Baku Medical Plaza” xəstəxanasında cərrah mama-ginekoloq kimi çalışan Səbinə Mirzəyeva dəfn olunub.

Oxu.az xəbər verir ki, S.Mirzəyeva bu gün “Qurd qapısı” qəbirstanlığında dəfn olunub.

Qeyd edək ki, S.Mirzəyeva 3-cü mikrorayondakı evində olarkən səhhəti qəfil pisləşib və insult keçirib. O, dərhal çalışdığı “Baku Medical Plaza” xəstəxanasının Nəsimi rayonundakı mərkəzi filialına gətirilib. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub və bütün tibbi müdaxilələrə baxmayaraq ginekoloqu həyata qaytarmaq mümkün olmayıb.

Bildirilir ki, S.Mirzəyeva arterial təzyiqdən əziyyət çəkirmiş və böyrəklərində problem yaranıbmış.

Mərhumun təzəlikcə 40 yaşını qeyd etdiyi deyilir.

Dəfndə həkimin həmkarları, pasiyentləri və digər tanınmış şəxslər iştirak ediblər.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Prezident Laçında su elektrik stansiyalarının açılışlarında iştirak edib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik …