Ana səhifə / Aktual / BELƏ ÇIXIR RESPUBLİKA XƏSTƏXANASI ONU İTİRDİ ABŞERON RAYON XƏSTƏXANASI İSƏ QAZANDI

BELƏ ÇIXIR RESPUBLİKA XƏSTƏXANASI ONU İTİRDİ ABŞERON RAYON XƏSTƏXANASI İSƏ QAZANDI

Fotoda gördüyünüz həkim ixtisasca cərrahdır. Hazırda Abşeron rayon Mərkəzi Xəstəxanasının direktorudur. İstəməzdim ki, bu yazım tərfiləmək kimi görsənsin. İndi tərif oxuyan yoxdur. Əksinə, səhiyyədən tənqid sanki dəb düşüb. Like qazanmaq istəyən pisləyir. Amma nə edəsən ki, hara fırlatsan bütün yollar doktor Azır İsmayılovu təriflə bitir.


Yaşadığım Məhəmmədi qəsəbəsi (Əslində Kürdəxanı kimi gedir. Sənəddə isə Məhhəmmədi kəndi) Abşeron olduğuna görə son aylarda bəzi işlərə görə, xüsusən də xəstələrə yardımçı olmaq üçün Abşeron rayon xəstəxanasına yolum düşürdü. Həm də bir jurnalist olduğuma görə gözüm ancaq səhv axtarırdı)
Xəstəxananın içində səs küy, deyinən adam axtarırdım ki, onu danışdırım. Müşahidələrim və faktlar isə mənə elə məqamları açdı ki…
Növbələr. Xəstəxanaya axın son aylarda çoxalıb. Ərazi böyükdür, əhali çox. Şəfa axtaran uzağa da gedər. Nədir bu adamları bura cəlb eliyən?
Xəstələrdən soruşuram. Nə məcburdu məhs bura gəlirsiz?


Səbəb: Cibdən ödəmə statistikası xəstələr üçün minimuma enib. Vətəndaş üçün bu çox vacibdir.
Səliqəli növbə sistemi var. Hamı istədiyini ala bilir. Həkimlər yola vermir. Xəstələrdən həkim diliylə desək anamnez toplamaq üçün onları dinləyirlər. Konveyr üsulu ilə qəbul deyil. Mənə elə gəldi ki, bura gələnlərin, əməliyyat olananların hamısı qazi və şəhid ailələri, yaxud imtiyazlı şəxslərdir. Yox sən demə direktor üçün bütün müraciət edən sıravi vətəndaşlara imtiyazlı adamlar kimi baxılır. Ona görə məmnunluq yuxarı, müraciətlər də çoxdur. Xəstələrin düzgün seçilməsi və bölgü çox səliqəli təşkil olunub.


Korodorda qəbula gəlib ağlayan bir qadın gördüm. Taqətim yoxdur. Gözləyə bilmirəm deyirdi. Aha deyəsən şikayətçi tapmışam deyib qımışıram öz ürəyimdə. Yox alınmadı. Gördüm bir nəfər çıxıb onunla söhbət elədi və lazımi təlimatlar verdi. Qadını müayinəyə apardılar. Öyrəndim ki, sən demə ba həkim imiş. Toplantıdan çıxıb xəstə ilə məşğul oldu.
Abşeron rayon xəstəxanasına xəstə axınını çoxaldan xidmətin çeşidliliyi və xəstələrə lazım olan yaxşı həkim kadrlar tapılır. Üstəlik xəstələrin ən xoşlamadığı şey burda olmur. Dövlət xəstəxanalarında tez-tez deyilən “Bizdə bu analizlər yoxdur get filan yerə”, “Aparatımızın biri işləmir, o birisində də növbə çoxdur. Get filan yerdən tez keç gəl” yoxdur. Yaxşı avadanlıqlar var və hamısı da xəstələrə çatdırır.
Cərrahi əməliyyatlar: Əməliyyat olunmaq üçün süründürməçilik yoxdur. Xəstələrin razılıq səviyyəsi çox yüksəkdir.


Təcili yardım xidmətinin işi də burda yaxşı təşkil olunub. Operativlik və düzgün bölgü sistemi, təşkilatçılıq işin keyfiyyətini artırır. Mən orada bir neçə dəfə olanda təcili yardımla xəstə qəbullarına da rast gəldim.
Xəstənin ortalıqda qalması, həkimlərin başını itirib ora bura vurnuxması yox idi. Səliqəli, nizamlı və operativ. Lazım olan mütəxəssisin təcili gətirilən xəstəyə operativ yanaşması da xoş təsir bağışlıyırdı.


Həkimlərin tək iş yeri buradı. Bəli bu da məndə sual doğurdu. Çünki, xalq diliylə desək elə “güclü həkimləri” burada gördüm və öz özümə dedim kənarda gül kimi, “jırnı xəstələrini” qoyub bu həkimin burda nə işi var görəsən? Dövlət xəstəxanasında həkim axşama qədər burda? Bəli. Şeytanlıq edib həkimlərdən soruşmuşdum ki, nə əcəb bir çox həmkarlarınız kimi günün yarısını burda keçirib saaat 1-də 2-də tələm tələsik özəl xəstəxanaya getmirsiz?


Dedilər ona ehtiyac qalmır. Həkimlərin adətən dövlət xəstəxanalarında ən yaralı yeri məsələn, əməliyyat vaxtı filan cihazın, implantın, yaxud tibbi ləvazimatın çatmamasıdır. Çox vaxt həkimlər xəstəxana administrasiyasına bir problemi 1 dəfə deyir, 2 dəfə deyir. Xeyri olmur. Gedir başqa yerə. Abşeron rayon xəstəxanasında bu hal yoxdur.
Direktor Azər İsmayılov həm xəstələri həm də həkimləri düşünür. Həkimləri dinləyir. Onların xəstəxanada qalıb keyfiyyətli işləməsi üçün nə lazımdırsa edir. Balansı elə qoruyur ki, həm həkimlər razı qalır, həm də xəstələr məmnun olur. Xəstəxana işçiləri mühafizəçidən, xadimələrdən, tibb bacılarına, həkimlərə, təsərüfat işçilərinədək hər kəsin işiylə və işlərində rast gəlinən tələb və təklifləri dinləyir.


İşçilər deyir ki, Azər İsmayılov kollektiv adamıdır. Kollektivi başa düşür. Can yandırır. O əvvəlki iş yerində də belə olub.
Yeri gəlmişkən. İnternetdə kiçik bir araşdırma apardım. Doktor Azər İsmayılov özü neçə illər tanınmış cərrah kimi klinikalarda çalışıb. Daha sonra Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru olub.
Belə başa düdüm ki, Respublika Klinik Xəstəxanasından Abşerona gələndə xəstə məmnunluğunu da özüylə gətirib.
Xəstəxana idarəçiliyi asan iş deyil. Yaxşı cərrahlar heç də həmişə uğurlu idarəçi ola bilmirlər. İnternetdə axtarışım zamanı onu da gördüm ki, Azər İsmayılovun direktor işlədiyi dövrdə Respublika Xəıstəxanası haqda mətbuatda heç tənqidi materiallar da getməyib. Həkim və xəstə şikayətlərindən ibarət yazılar çıxmayıb. Azər İsmayılov xəstələri məmnun etmək və həkimləri dinləməklə buna nail olub. Respublika Klinik Xəstəxanasında direktor işlədiyi dövrdə ətrafına öz dost tanışlarını yığmayıb. Əksinə yalnız peşəkarlarla işləyib. Onun fəaliyyəti əhali tərəfindən razılıqla qarşılanıb. Bu keyfiyyətini Abşeron Rayon Xəstəxanasında da davam etdirir.
Azərbaycan elə bir ölkədir ki, 100 nəfərdə 100 fərqli fikir olur. Hamını razı salmaq olmur xəstəxanalarda. Ancaq idarəçiliyi bilən adam yaxşı nəticələr göstərə bilir və məmnunluq səviyyəsini yüksəldə bilir. Bax elə doktor Azər İsmayılov kimi

Ramil Nəcəfli: Tibbi jurnalist

Həmçinin oxuyun

Anar Eyvazov: Sülhməramlıların Azərbaycanı tərk etməsi yaxın vaxtlarda yekunlaşacaq

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb. Rusiya sülhməramlılarının …