Ana səhifə / Aktual / Bakıda SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında kütləvi dava – Video

Bakıda SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında kütləvi dava – Video

Bakıda Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında kütləvi dava baş verib.

Bu barədə Yenisabah.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib. O, bildirib ki, hadisə sentyabrın 29-da Biləcəri qəsəbəsində baş verib. 

“Yaxın saatlarda bunla bağlı ətraflı məlumat yayılacaq. Faktla bağlı 43-cü polis bölməsində tədqiqat araşdırmaları aparılır. Tərəflər bölməyə dəvət olunaraq izahat alınıb. Hadisənin təfərrüatları araşdırılır”.

Bildirək ki, sosial şəbəkələrdə baş vemiş davanın videosu yayılıb. Videoda tərəflər bir-birlərini vurur və söyüşlər dədləndirirlər. 

Videonu təqdim edirik. Xəbərdarlıq edirik ki, videoda söyüşlər var.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …