Çərşənbə , May 15 2024
Ana səhifə / Aktual / Bakıda polisi döydülər

Bakıda polisi döydülər

Bakının Nəsimi rayonunda polis əməkdaşı döyülüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bülbül prospekti, 46 ünvanının qarşısında baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Pərviz Kamran oğlu Əliyev xuliqanlıq zəminində Nəsimi Rayon Polis İdarəsi təminat hissəsinin kiçik inspektoru, polis serjantı Etibar Nadir oğlu Nəbiyevi döyüb.

Etibar Nəbiyev göz və sinə nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsində təhqiqat aparılır.

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …

Bir cavab yazın