Çərşənbə , May 15 2024
Ana səhifə / Aktual / Bakıda Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında görüş olub

Bakıda Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında görüş olub

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş olub.

APA-nın məlumatına görə, görüş Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli görüşü çərçivəsində keçirilib.

Daha sonra hər 3 xarici işlər nazirlərinin görüşü olacaq.

Sonda nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Pakistan və Türkiyə xarici işlər nazirləri sabah Bakıda keçiriləcək “Asiyanın ürəyi-İstanbul prosesi” ölkələri xarici işlər nazirlərinin toplantısında da iştirak edəcəklər.

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …