Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Aktual / Artur Rasizadə: “Eldar, bəsdir gözlədik…”

Artur Rasizadə: “Eldar, bəsdir gözlədik…”

Bolqarıstanın baş naziri Boyko Borisov “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın baş naziri Artur Rasizadə ilə birlikdə Heydər Əliyev adına aeroporta baş çəkmələri ilə bağlı qeyri-rəsmi video yerləşdirib.

Baş nazirlər Bakının hava limanına çoxsaylı nümayəndə heyətinin müşayiəti ilə, zarafat edə-edə keçiblər.

Belə ki, Artur Rasizadə öz həmkarına zarafatyana xatırladıb ki, onlar aeroporta biletsiz və pasportsuz gəliblər.

Boyko Borisov, öz növbəsində, Artur Rasizadədən soruşub ki, təyyarəyə minik saat neçədə başlayacaq?

“Bilmirəm, mən özüm də burada qonağam”, – deyə A.Rasizadə gülümsəyərək cavab verib.

Baş nazirlər gözləmə zalında oturanda isə Artur Rəsizadə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevdən soruşub ki, onlar hələ çoxmu gözləyəcəklər? Bundan sonra E.Hacıyev qonaqlardan xahiş edib ki, təyyarəyə keçsinlər…

 

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …