Bazar ertəsi , May 20 2024
Ana səhifə / Aktual / Almaniyada “Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq” adlı tədbir keçirildi

Almaniyada “Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq” adlı tədbir keçirildi

Dünən fervralin 19 da Almaniyanın Berlin şəhərində ‘Khari – Bülbül’ mədəniyyət evinin nəzdində təşkil olunmuş Ana dili kurslarının yuxarı yaş qrupundan ibarət şagirdlərinə “Xocalı soyqırımını gənc nəslin nümayəndələrinə tanıdaq” adlı 26 Fevral Xocalı soyqırıminin 30 cu ildönümünə həsr olunmuş maarifləndirici seminar kecirildi. Seminara AR-in AFR-dəki səfirliyinin 1-ci katibi Nurçin Əliyev, AR-in AFR-dəki səfirliyinin 1-ci katibi Elman Muradov da dəvət olunmuşdular. Eləcə də, “Khari Bülbül”mədəniyyət evinin sədr müavini, AAA IH uzvu Saur Kadirli və
” Khari-Bulbul” və AAA IH üzvü Zaur Spivak da iştirak etdilər.
Seminari giriş sözü ilə “Khari- Bülbül” mədəniyyət evinin sədri, AAA sədr müavini Sevda Badaliouri (Qəribova) açaraq, Soyqırımda həyatlarını itirən şəhid olan həmvətənlərimizin ruhunu iştirakçılarla 1 dəqiqəlik sukutla yad edərək sozu Nurçin bəyə verdi.
Nurçin bəy Xocalı Soyqırımı həqiqətlər indən və törədilən vəhşiliklərdən söz açıb gənc diaspora üzvlərinə ətraflı məlumat verib, gənclərə oz tövsiyələrini bildirdi.
Hər zaman ürəyi Azərbaycanla döyünən alman əsilli kursumuzun fəal diaspor üzvü Matthias Wolf da öz urək sozlerini bizimle boluşub kədərini bildirdi.
Daha sonra Xocalı faciəsini eks etdiren sənədli film nümayiş olundu. Sonda isə soyqırımnda həlak olanlarin ruhuna çay süfrəsi teqdim olunduğu
Allah Xocalı
soyqırımında həlak olan həmvətənlərimizə rəhmət etsin!

Həmçinin oxuyun

Rəisinin dəfn tarixi və yeri açıqlandı

Dünən helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə vəfat edən şəxslərin …