Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Aktual / “6 təhsil şöbəsinin rəhbəri, 10 direktor işdən çıxarılıb…” – Nazirdən təhsil işçilərinə xəbərdarlıq

“6 təhsil şöbəsinin rəhbəri, 10 direktor işdən çıxarılıb…” – Nazirdən təhsil işçilərinə xəbərdarlıq

“Ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb”.

Bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.

O qeyd edib ki, həmin dövrdə 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib:

“Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib”.

Nazir qeyd edib ki, müqavilələrinin müddəti son çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: “Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. Belə olan təqdirdə bu il də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək”.

Report

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …