Ana səhifə / Cəmiyyət / Şəhid Çingiz Qurbanovun nəşi qaytarıldı

Şəhid Çingiz Qurbanovun nəşi qaytarıldı

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

” Azinforum.az ” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlik tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …

Bir cavab yazın