Ana səhifə / “Boşandım, müğənni oldum, 5 aya maşın aldım”

“Boşandım, müğənni oldum, 5 aya maşın aldım”

Şəbnəm Tovuzlu “Evgördü” verilişinin qonağı olub.

Qafqazinfo” xəbər verir ki, müğənni proqramda maraqlı açıqlama verib.

Şəbnəm ailəsindən və sənətə gəlişindən söz açıb:

“Bu sənəti seçəndə təkcə atam mənim yanımda idi. Anam və qohumlarım müğənni olmağıma qarşı çıxırdı. Əmiuşaqlarım, xalauşaqlarım müğənni olmağımı istəmirdilər. Evlənib boşanandan sonra rayona getmədim,Bakıda qaldım. Qızım üçün gələcək qurmaq istəyirdim.

Müğənnilliyə başladım. Ayaqlarım üstündə durmağa çalışdım. Tacir müəllim çox sağ olsun, kömək edirdi. Toylarım gəlməyə başladı. Artıq 5 aya maşın aldım. Çox əziyyət çəkdim. Avtomobilə çox marağım var. İldə bir avtomobil dəyişirdim. İndiki maşımın 8-cidir. 10 ildir maşın sürürəm”.

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …

Bir cavab yazın