Ana səhifə / Sosial / NATO-dan Qarabağ açıqlaması: “Bizə şərt qoymayın”

NATO-dan Qarabağ açıqlaması: “Bizə şərt qoymayın”

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır və danışıqlarda iştirak etmir.

AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda keçirilən NATO PA-nın plenar iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, alyans münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir: “Prosesdə maraqlıyıq və bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə təşviq edirik”.

NATO-nun baş katibi bildirib ki, Alyans üçün qərar ən ali dəyərdir. O, Ermənistan-NATO və Azərbaycan-NATO münasibətlərində tərəfləri Qarabağ məsələsində NATO-ya şərt qoymamağa çağırıb.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …

Bir cavab yazın