Ana səhifə / Köşə Yazarları / Zabil Müqabiloğlu Mərkəzi Neftçilər Xəstəxanasına köçürüldü

Zabil Müqabiloğlu Mərkəzi Neftçilər Xəstəxanasına köçürüldü

Jurnalist Zabil Müqabiloğlu Mərkəzi Neftçilər Xəstəxanasına köçürüldü. Jurnalistin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında dövlət tərəfindən davam etdiriləcək

Bu barədə PİA.AZ saytına Zabil Müqabiloğlu yaxınları məlumat verib.

Jurnalistin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında dövlət tərəfindən davam etdiriləcək. Zabil Müqabiloğlu, ailəsi onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova, millət vəkili Qənirə Paşayevaya minnətdarlıqların bildirirlər.

Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın